Milli komandanın oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilə sabah başa çatacaq. 

Unikal.org Apasport.az-a istinadən bildirir ki, 1 və 2 aprel tarixlərində ölkə çempionatının XXI turunun oyunları baş tutacaq.
 
Tura Gəncədə start veriləcək. "Kəpəz öz meydanında bu il işləri yaxşı getməyən "Zirəni qəbul edəcək. Turnir cədvəlinin son pilləsində qərarlaşan Yunis Hüseynovun yetirmələri qələbə qazanaraq, azarkeşlərini sevindirmək niyyətindədi. Öz növbəsində, "Zirə də bu görüşə 3 xal üçün çıxacaq. Paytaxt təmsilçisi Premyer Liqadakı 6 oyunluq qələbəsizlik seriyasına son qoymaq, "qara zolaqdan çıxmaq arzusundadı. Ayxan Abbasovun yetirmələri ölkə çempionatında sonuncu dəfə XIV turda "Səbailə qalib gəlib.
Günün ikinci matçında çempionatın lideri "Qarabağ meydana çıxacaq. Qurban Qurbanovun yetirmələri autsayderlər qrupunda qərarlaşan "Keşləni qəbul edəcək. Bu komandaların cari mövsümdəki hər iki duelində Ağdam klubu sevinən tərəf olub - 1:0, 2:0. Bu dəfə də matçın favoriti "Qarabağdı. Bununla belə, "Keşlə də meydana asan təslim olmaq üçün çıxmayacaq. Fasilədən öncə "Qəbələ ilə heç-heçə (1:1) edən bakılılar son çempionla qarşılaşmada da xal qazanmağa çalışacaq.
 
Aprelin 2-də isə diqqətlər əvvəlcə Qəbələyə yönələcək. Turun mərkəzi görüşündə "Qəbələ "Sumqayıtı qəbul edəcək. Turnir cədvəlində 2 və 3-cü pillələrdə qərarlaşan komandaların dueli böyük maraq doğurur. Roman Qriqorçukun yetirmələri doğma meydan amili və rəqiblə müqayisədə heyətinin güclü olmasından istifadə etməyə çalışacaq. Lakin son vaxtlar əla çıxışı ilə yadda qalan "Sumqayıt da Qəbələdə uğurlu nəticəyə imza atmaq istəyindədi. Samir Abasovun komandası bu il çempionatda keçirdiyi 6 oyunda 4 qələbə, 2 heç-heçəyə imza atıb. "Gənclik şəhəri təmsilçisi uğurlu seriyanı bu turda da davam etdirmək arzusundadı.
 
Tura "Neftçi - "Səbail matçı ilə yekun vurulacaq. Turnir cədvəlində qonşu olan paytaxt klublarının dueli də az maraq kəsb etmir. Bu komandaların cari mövsümdəki ilk oyunu "Səbailin 1:0 hesablı qələbəsi ilə yekunlaşsa da, ikinci dövrədəki qarşılaşmada "Neftçi rəqibinə 4 cavabsız qol vurmuşdu. "Ağ-qaralar yenə qələbə qazanmaqla "Səbaildən bir qədər də uzaqlaşmaq, Samir Əliyevin yetirmələri isə rəqiblə aradakı xal fərqini azaltmaq niyyətindədi.
 
 
Azərbaycan Premyer Liqası
XXI tur
1 aprel (bazar)


15:00. "Kəpəz - "Zirə
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Cavanşir Yusifov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Fazil Mürşüdov
Gəncə şəhər stadionu


18:30. "Qarabağ - "Keşlə
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
"Azərsun Arena


2 aprel (bazar ertəsi)


17:00. "Qəbələ - "Sumqayıt
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Kərim Ağayev
Qəbələ şəhər stadionu


19:30. "Neftçi - "Səbail
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Azər Əsgərov, Ramil Diniyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
8-ci km qəsəbə stadionu
 
 
Turnir cədvəli
1 Qarabağ 20 15 4 1 30-7 49
2 Qəbələ 20 12 3 5 34-20 39
3 Sumqayıt 20 10 4 6 26-21 34
4 Zirə 20 9 6 5 28-20 33
5 Neftçi 20 8 3 9 24-22 27
6 Səbail 20 5 3 12 14-28 18
7 Keşlə 20 4 4 12 17-32 16
8 Kəpəz 20 3 1 16 13-36 10
 
Bombardir: Baqali Dabo ("Qəbələ) - 12 qol