Zlatan İbrahimoviç "Los-Anceles Qalaksiyə keçidi ilə bağlı danışıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İbra yaşının çoxluğunun onu narahat etmədiyini bildirib. O, ən qısa zamanda meydana çıxmağa hazır olduğunu vurğulayıb:

"Mən qoca doğulmuşam, gənc öləcəm. Yaşım məni qətiyyən narahat etmir. İngiltərəyə əlil arabasında gəlmişdim. Amma bu ölkəni üç aya fəth etdim.

Şir yenə də acdı. Burda qalib gəlmək üçünəm. Əminəm ki, yenə də qalib gələcəm. Ən yaxın zamanda meydana çıxmağa hazıram.