Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu, olimpiya mükafatçısı Rəsul Çunayevə qarşı "Park Bulvardakı "ParkCinemada hörmətsizlik edilib.

Unikal.org-un xəbərinə görə, bu barədə idmançının özü sosial şəbəkədə məlumat verib. O bildirib ki, bir də ora gəlməyəcək:

"Qələbədən sonra bu gün çox böyük həvəslə vətənə döndüm. Ailəmlə birgə Park Bulvarda Filmz izləməyi düşündüm, online bilet aldım və Park Cinemaya gəldik. Ailəmi film zalına yolladım. Yekunda onlar film izləyirlər, mən isə filmin bitməsini gözləyirəm, ailəmi götürüb gedim. Çünki bir daha "Park Bulvar Cinemaya gəlməyi düşünmürəm. "Park Bulvar Cinemanın personalı "sağ olsun mənim əhvalımı yüksək səviyyədə korladı. Həmdə çox hörmətsiz davrandılar. Özümü terrorçu kimi hiss etdirdilər. "Park Bulvar Cinemaya "minnətdaram. Bir azda davranış qaydalarını öyrənsələr daha da şad olaram.