"Realın futbolçusu Kriştiano Ronaldonun sevgilisi Jorjina Rodriges bir daha övlad dünyaya gətirmək istəmir.

Unikal.org xəbər verir ki, Jorjina bu barədə "XL Semanal jurnalına verdiyi müsahibədə danışıb. O, özünü 10 ildən sonra 4 uşağa baxan qocalmış qadın kimi təsəvvür etdiyini bildirib və bir daha ana olmaq istəmədiyini vurğulayıb.

Qeyd edək ki, model ilk və yeganə övladını 2017-ci ilin noyabrında dünyaya gətirib. Ronaldonun 4 övladı var ki, 3-ü surroqat ana vasitəsilə dünyaya gəlib.

33 yaşlı Ronaldo isə "qızıl topun mükafatlandırma mərasimində bildirimişdi ki, 7 uşaq atası olmaq arzusundadı.