Bakıda yanğın olub. Unikal.org-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 m² olan ikimərtəbəli 3 otaqlı evdə baş verib. 

Nəticədə evin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.