Müğənni Bülent Ersoy xəstəxanaya yerləşdirilib.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, xəbəri prodüser Osmantan Erkır İnstaqram hesabında yazıb:

"Qiymətlimiz, sevimli Bülent Ersoyumuza şəfa diləyirəm. Ümid edək ki, tezliklə aramızda olacaq. Bülent xanımın həkiminin açıqlamasını gözləyirik.

Bülent Ersoy ağır qrip diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Müalicəsini yataq rejimində davam etdirən Ersoyun olduğu mərtəbə boşaldılaraq digər xəstələr başqa palatalara köçürülüb.