Bu gün Hindistanın İndaur şəhərində dördmərtəbəli bina uçub.

Unikal.org-un məlumatına görə, bu barədə NDTV telekanalı məlumat yayıb.

Binanın uçması nəticəsində 10 nəfər ölüb, çoxlu sayda insan dağıntılar altında qalıb. Ağır xəsarət alan 7 nəfərdən ikisinin durumu ağırdır.

Şahidlər bildiriblər ki, binaya avtomobil çırpılıb və bundan sonra bina uçub.

Hazırda xilasetmə əməliyyatı aparılır.