Misir hərbçiləri ötən həftə Sinay yarımadasında 6 ekstremisti zərərsizləşdiriblər.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin hərbi qüvvələrinin bəyanatında bildirilir.

Qeyd edilir ki, yarımadada iri miqyaslı "Sinay-2018" antiterror əməliyyatı davam edir. "Hərb mühəndisilər 163 partlayıcı qurğunu zərərsizləşdiriblər. 19 ədəd silah, o cümlədən qumbaraatan, snayper tüfəngi götürülüb", - deyə bəyanatda bildirilir.

Məlumata görə, ekstremist fəaliyyəti məşğul olmaqda şübhəli bilinən 500-dən çox insan saxlanılıb.