Aktyor Sərhan Süsler həyat yoldaşı ilə getdiyi əyləncə mərkəzində gözlənilməz hadisə ilə üzləşib.

Unikal.org axsam.az-a istinadən xəbər verir ki, aktyor məkana gələn digər müştəri tərəfindən döyülüb. Gecə yarısı Süsler ilə məkanda yan masada oturan Halil D. arasında mübahisə düşüb. Aktyora hücum edən Halil onu yumruqlayaraq dişlərini sındırıb. Ayaqlarına da zərbə alan Sərhan yeriyə bilməyib. Polisə müraciət edən aktyor Halil D.dən şikayətçi olub. Halil ifadəsində sərxoş olan Süslerin ona söykəndiyini və sarılaraq öpmək istədiyini deyib:

"Onu özümdən ayırmaq istəyirdim. Ola bilsin, əlim dəyib. Bilərək onu yaralamadım. Hadisədən sonra onunla danışdım və qarşılıqlı razılaşdıq. Sonradan niyə şikayət etdi, başa düşmədim".

Aktyorun şikayəti əsasında işə məhkəmədə baxılacaq.