Saatlı rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Unikal.org Publika.az-a istinadən xəbər verir ki, Saatlı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Niyaz Əliyev saxlanılıb.

Niyaz Əliyev cari ilin yanvar-mart ayları ərzində rayon ərazisində 1 avtomobildən akkumulyator, 2 həyətyanı sahədən ev quşu oğurlamaqda şübhəli bilinib.

Faktla bağlı cinayət işi başlanıb.