Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində növbəti oyun keçirilib.

Unikal.org  xəbər verir ki, həftənin ikinci matçı lider "Qarabağla "Keşlə arasında olub.

Qarşılaşmada hesabı 34-cü dəqiqədə Slavik Alxasovun qolu ilə qonaqlar açıblar. Lakin meydan sahibləri məğlubiyyətdən qaçmağı bacarıblar. Görüşün 57-ci dəqiqəsində Riçard Almeyda fərqlənib.

Bu heç-heçədən sonra "Qarabağ xallarının sayını 50-yə çatdırıb. "Keşlə isə 17 xalla 7-ci pillədədir.

Həftənin açılış matçında "Kəpəzlə "Zirə qolsuz bərabərə qalıb. XXI tura aprelin 2-də keçiriləcək "Qəbələ - "Sumqayıt və "Neftçi - "Səbail görüşləri ilə yekun vurulacaq.