"Albasetanın futbolçusu Pelaya Novo ehtiyatsızlıqdan bədbəxt hadisə ilə üzləşib.

Unikal.org xəbər verir ki, Novo "Ueska ilə oyundan əvvəl məskunlaşdıqları otelin 3-cü mərtəbəsindən yıxılıb. Futbolçu telefonla danışarkən ehtiyatsızlıq edib və 3-cü mərtəbədən otelin daxili həyətinə düşüb.

Ona ilk yardımı komanda yoldaşları göstərib. Xəstəxanaya çatdırılan futbolçuda bir neçə sınıq aşkar edilib. Onun üzərində 6 saat əməliyyat aparılıb.Hazırda durumu sabitdir. 

"Albasetanın vitse-prezidenti Viktor Varel bildirib ki, Novonun zədələrinin bərpası çox asta gedəcək.

Bu hadisəyə görə "Albaseta - "Ueska oyunu təxirə salınıb.