Müğənni Elnarə Xəlilova paytaxtda yerləşən ticarət mərkəzlərinin birində satıcılıq edib.

Unikal.org  xəbər verir ki, müğənni "Serebral Palsy (beyin iflici) xəstəliyindən əziyyət çəkən üç yaşlı Uğur üçün təşkil olunmuş xeyriyyə aksiyasına qatılıb.Sözügedən aksiya satış xarakterli olub. Yarmarkada müğənni öz şəxsi əşyalarını simvolik qiymətlərə satışa çıxarıb. Satışdan toplanan pul balaca Uğurun valideynlərinə verilib. 

Elnarə Xəlilovanın aksiyada iştirakı böyük maraq və rəğbətlə qarşılanıb.