Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına daha bir ağır itki üz verib.

Unikal.org xəbər verir ki,  məşhurların əmisi rəhmətə gedib. Bu haqda faktı Gülyanaq Məmmədova milli.az-a təsdiqləyib.
"Hazırda Şəkidəyik, əmimi bu gün dəfn etdik. Uzun müddətdir ki, xəstə yatağında idi", - deyə xalq artisti bildirib.

Qeyd edək ki, bir müddət əvvəl xalq artistlərinin atası rəhmətə getmişdi.