Bu gün Abşeron, Binəqədi və Nəsimi rayonlarının bəzi ərazilərinə  içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 
"Azərsu ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a  verilən xəbərə görə, buna səbəb Bakı şəhəri Rəsulzadə qəsəbəsindən keçən magistral su kəmərində baş vermiş qəzadır.

 Yaranmış narahatlıqla əlaqədar "Azərsu ASC abonentlərdən üzr istəyir.