2018-ci ilin mart ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Cəbrayıl, Goranboy, Xızı, Lənkəran, Tərtər, Yevlax rayonları və Sumqayıt şəhəri ərazisində 4 410 908 m2 (441.09 ha) ərazi yoxlanılıb, 1 541 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 1 542 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

 
ANAMA-dan Unikal.org-a verilən məlumata görə, əməliyyatlarda 490 nəfərlik əməliyyat heyəti, 136 nəfərlik inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

 İndiyədək cəmi 518,051,689 m2 (51,805.17 ha) ərazi təmizlənmiş və 794,151 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.