Bakının Pirşağı qəsəbəsində məcburi köçkünlərin yaşadığı sanatoriyada yanğın baş verib. 

Unikal.org FHN-ə istinadən xəbər verir ki, "Gilavar" sanatoriyasının ərazisində (hazırda fəaliyyət göstərmir) məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli korpusun 1-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otağın və dəhlizin yanar konstruksiyaları, binaya bitişik tikilmiş ümumi sahəsi 18 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və zirzəmiyə yığılmış məişət əşyaları 18 m² sahədə yanıb.

Yanğın zamanı yuxarı mərtəbələrdəki tüstülənmiş otaqlardan 55 nəfər sakin Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxliyə edilib. Bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

15:00

Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada baş verən yanğın nəticəsində 7 nəfər xəsarət alıb.

Unikal.org-un xəbərinə görə, Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən açıqlmaya görə, onlar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib: "Tüstüdən zəhərlənib. Onlarda 2-si azyaşlı uşaqdır. Xəstələr ciddi xəsarət almayıb.

***

14:30

Bakıda sanatoriya binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Unikal.org-a verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada baş verib.

Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının qarşısını almaq üçün tədbirlər görülür.