Azərbaycanlı qadınla ailə həyatı quran 32 yaşlı Cihan Dəmirəl 7 metrlik su quyusunda boğularaq ölüb.

Unikal.org xəbər verir ki, hadisə Antaliyanın Demre mahalında baş verib. Belə ki, bağlarını sulamağa gedən epilepsiya xəstəsi Cihan Dəmirəl (32), 7 metrlik su quyusunda ölü tapılıb.

Qeyd edək ki, Cihan Dəmirəl iki ay əvvəl Azərbaycanlı qadınla ailə həyatı qurub.