Bakıda qadınlara masaj xidməti adı altında əxlaqsız təkliflər edən şəxslər ifşa edilib.

Unikal.org xəbər verir ki, bu haqda Space TV reportaj hazırlayıb. Reportajın hazırlanmasında jurnalistlərə aktrisa Pərvanə Qafarova kömək edib. Xanım aktrisa "masajçı oğlana zəng edib, ünvanı başa salıb. Çox keçməyib ki, internetdə "Xanımları müalicəvi masaj edirəm elanı verən şəxs təyin edilən məkana gəlib.

O, öz qurbanından evli olub-olmadığını soruşub. Bu yolla atacağı addımın risk səviyyəsini də ölçüb. Bir az tanışlıqdan sonra masaj xidməti bəy tərəfindən həyata keçirilib. Çox keçməyib ki, bu xidmətin masaj yox, masaj adı altında intim xidmət olduğu bəlli olub.

Belə ki, qısa söhbətdən sonra fürsəti əldən verdiyini görən bu şəxs gün ərzində xanıma çoxsaylı mesajlar yazaraq masaj etməyi təklif edib, evli bildiyi qadını yoldan çıxarmaq təşəbbüsünü davam etdirib.