Xızı rayon sakini Elnur Hüseynova məxsus 42 baş qoyun oğurlanıb.

Unikal.org  DİN-ə istinadən verdiyi xəbərə görə, oğurluğu törətməkdə şübhəli bilinən şəxs Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Rüstəmov saxlanılıb. Dindirilmə zamanı İ.Rüstəmov törətdiyi cinayəti etiraf edib, çoban işləyən zaman Elnur Hüseynova məxsuz 42 baş qoyununun mənimsəyərək satdığını bildirib.

Faktla bağlı Xızı Rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.