Süni intellekt sistemləri 10-15 il sonra insanı əvəz edəcək.

Unikal.org ictnews-a istinadən xəbər evrir ki, bu haqda Qabaqcıl Tədqiqatlar Fondunun informasiya araşdırmaları istiqamətinin direktoru Serqey Qarbuk "RİA xəbər agentliyinə deyib.

Alimin fikrincə, artıq indi məsələlərin həllinin effektivliyi üzrə insandan geri qalmayan süni intellekt sistemləri (məsələn, sifətin və insan səsinin tanınması) yaradılıb.

Cari ilin martında məlumat verilmişdi ki, Almaniyada Passau Universitetində mürəkkəb intellektual sistemlər kafedrasının rəhbəri Born Şullerin fikrincə, süni intellekt 10 il sonra şer yaza biləcək.