Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində MAN və "KамАz markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. "MAN" markalı avtomobilin sürücüsü, 1963-cü il təvəllüdlü Tamaz Dalinzenin (Gürcüstan Respublikasının vətəndaşı) cəsədi xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.