Məşhur döyüçü evində ölü tapılıb. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı MMA döyüşçüsü Adriano Mamutenin meyidi tibbi ekspertizaya aparılıb. 

Bildirilib ki, 29 yaşlı idmançı sinəsindən biçaqlanıb və sifətindən güllələnib. 

Hadisə ilə bağlı ölən idmançının ailə üzvləri açıqlama verib. Onların sözlərinə görə, onun sifətindən güllə ilə vuran 3 quldur idmançının ölmədiyini görüb və sinəsindən bıçaqlayıb.

Məlum olub ki, cinayət əsl adı Adriano Silbert Santana olan MMA döyüşçüsünü həyat yoldaşı və 9 yaşlı övladının gözü önündə törəədilib.  Polis hadisəylə bağlı araşdırmaya başlayıb.