Xəbər verdiyimiz kimi, Qəbələdə itkin düşmüş Dursun Rəfiyevin həyat yoldaşı və öz qardaşı Vüsal tərəfindən öldürülərək, sanitar qovşağına atılıb. 

Tikanlı kənd icra nümayəndəsi Azər Rəfiyev unikal.org-a açıqlamasında bildirib ki, hadisə ailə münaqişəsi zəmnində baş verib:

"Münaqişənin baş verməsinə səbəb Dursun Rəfiyevin içki aludəçisi olması idi. Onlar 2015-ci ildən polis şöbəsində münaqişəli ailə kimi qeydiyyatdadırlar. Dursun Rəfiyev ailəsi və atası ilə birgə yaşayırdı. Ölən  şəxs həmişə içki içib, evə sərxoş vəziyyətdə gəlirdi. Buna görə də, o, həyat yoldaşı Vüsalə Məmmədşərifova ilə dalaşırdı. Həm mərhum Dursun Rəfiyev, həm də hadisənin törədilməsində şübhəli bilinən Vüsalə Məmmədşərifova işsizdir. Onların 2 övladı var.

Famil Fərhadoğlu