Avropa Şurası Parlament Assambleyası təşkilat tərəfindən Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidəsi ilə bağlı açıqlama yayıb.

Unikal.org-un AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, 33 nəfərlik AŞPA müşahidə missiyasına rumıniyalı parlamentar Viorel Rişard Badea sədrlik edir. Nümayəndə heyəti ATƏT PA və ATƏT DTİHB ilə birlikdə Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.

AŞPA müşahidə missiyası aprelin 11-də keçiriləcək səsvermə günündən öncə namizədlər və ya onların nümayəndələri, siyasi partiya liderləri, Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşməyi, həmçinin vətəndaş cəmiyyəti üzvləri və media ilə dəyirmi masa keçirməyi planlaşdırır.
Məlumata əsasən Venesiya Komissiyasının üzvü də səfər zamanı nümayəndə heyətinin tərkibində olacaq.
Müşahidəçilər ilkin rəylərini aprelin 12-də keçiləcək birgə mətbuat konfransında açıqlayacaqlar.