"ABŞ hərbi qüvvələri daha bir müddət Suriyada qalacaq".

Unikal.org-un məlumatına görə, bu barədə "Reuters agentliyi Ağ Evdəki yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

Ağ Evdən bildirilib ki, Milli Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı ABŞ hərbçilərinin hələ kiSuriyada qalması barədə qərar qəbul olunub. Bununla belə, D. Tramp hərbçilərin uzun müddətSuriyada qalmasının tərəfdarı olmadığını vurğulayıb. Eyni zamanda, ABŞ prezidenti bölgə ölkələrindənSuriyada sülh və sabitliyin təmin edilməsi üçün səylərini artırmalarını istəyəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ prezident Donald Tramp qısa müddət ərzində ABŞ hərbçilərininSuriyadan çıxacağını bildirmişdi. O,Suriyada mövcudluğun böyük maliyyə tələb etdiyini söyləyib. İki gün əvvəl isə D. Tramp deyib ki, Səudiyyə Ərəbistanı ABŞ hərbçilərininSuriyada qalmasını istəyirsə, pulunu ödəməlidir.