NATO Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışacaq.

Unikal.org bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

"Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışacağıq. Biz qonşuyuq və Rusiyanın təcrid olunmasını arzulamırıq", deyə Y.Stoltenberq qeyd edib.

Onun sözlərinə görə, NATO ilə Rusiya arasında münasibətlərin normallaşması bütün dünya üçün faydalıdır: "Alyans yeni soyuq müharibə, "silahlanma yürüşü"nün qarşısının alınması istiqamətində işləməyə və Rusiya ilə siyasi dialoqa davam edəcək".