"Azərbaycanın iqtisadi nailiyyətləri dünyanın aparıcı maliyyə institutlarının hesabatında əksini tapır".

Unikal.org-un məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi mövzusunda aralıq nazirlər konfransında bildirib.

Dövlət başçısı deyib ki, bu nailiyyətlərə Azərbaycan özü nail olub: "Azərbaycan regional əməkdaşlıqda mühüm rol oynayır. Ölkəmiz qitələrarası əməkdaşlığı gücləndirmək üçün layihələr həyata keçirir. Biz bu layihələri qonşu ölkələrlə birgə reallaşdırırıq. Çünki region ölkələri ilə yaxşı əlaqələr qurmuşuq. Azərbaycan bir çox beynəlxalq tədbirlər təşkil edir. Mədəniyyətlərarası Dialoq Forumunu xüsusi qeyd etmək istəyirəm. Azərbaycan Birinci Avropa Oyunları və İslam Həmrəylik Oyunlarını keçirib. Bu, mədəniyyətlər, dinlər və xalqlar arasında dialoq və əməkdaşlığa xidmət edir. Biz bu cür qlobal tədbirləri təşkil etməyə qadirik. İnanırıq ki, Azərbaycanın növbəti müddətə Qoşulmama Hərəkatına sədrliyinə dəstək verəcəksiniz. Biz birlikdə güclüyük".