2018-ci il martın 1-nə bank sektorunun xalis mənfəəti 141,3 mln. manat təşkil edib.

Unikal.org Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən xəbər verir ki, bu il bankların faiz gəlirləri 287 mln. manat, faiz xərcləri isə 101,1 mln. manat olub. Qeyd edək ki, banklar bu ilin yanvar-fevral aylarında kreditlər üzrə faizlərdən 189,2 mln. manat əldə edib.

Hesabat dövrü ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 30,8 mln. manat vəsait xərclənib.