Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Unikal.org xəbər verir ki, 1/8 finalda "Milanı mübarizədən kənarlaşdıran "Arsenal bu dəfə ÇSKA-nı qəbul edəcək. Ölkə çempionatında işləri qaydasında getməyən "topçular qitənin ikinci dərəcəli klub turnirində uğur qazanmaqla, Premyer Liqadakı uğursuzluğu unutdurmaq niyyətindədi. Ruslar isə Londondan sərfəli hesabla qayıtmağı planlaşdırır.

Çempionlar Liqasında "Qarabağın rəqibi olmuş "Atletiko isə evdə "Sportinqlə üz-üzə gələcək. 

Digər oyunları diqqətinizə çatdırırq: 

Avropa Liqası, 1/4 final

İlk oyunlar

5 aprel

23:05 Leyptsiq (Almaniya) - Marsel (Fransa)
23:05 Arsenal (İngiltərə) - ÇSKA (Rusiya)
23:05 Atletiko (İspaniya) - Sportinq (Portuqaliya)
23:05 Latsio (İtaliya) - Zalsburq (Avstriya)