"Amrahbankın maliyyə dəstəyi ilə Xəzər Qayğıkeşlik Layihəsi Klinikasında xeyriyyəçilik tədbirləri davam edir.

Unikal.org xəbər verir ki, Korporativ Sosial Məsuliyyət tədbirlərinin ictimaiyyətə faydalı təşkil olunmasında daim maraqlı olan Amrahabnk, Xəzər Qağıkeşlik Layihəsi Klinikasında xeyriyyəçilik tədbirlərini davam etdirir.

Növbəti dəfə katarakta xəstəliyindən əziyyət çəkən Sumqayıt şəhər sakini, 1945-ci il təvəllüdlü Yaqub Ağamaliyevin, Bakı şəhəri, Pirşağı qəsəbə sakini,1941-ci il təvəllüdlü Ofeliya Hacıyevanın və yüksək dərəcəli miopiya xəstəliyindən əziyyət çəkən Balakən rayon sakini, 1962-ci il təvəllüdlü, Solmaz Qarayevanın gözlərində uğurlu cərrahiyyə əməliyyatları həyata keçirildi.

Amrahbank adından klinikanın bütün kollektivinə şərəfli işlərində uğurlar arzu edirik, klinikanın pasiyentlərinə isə şəfalar diləyirik.