"Romanın baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının 1/4 finalında "Barselona ilə keçirilən oyundan (1:4) sonra fikirlərini bildirib.

Unikal.org xəbər verir ki, Françesko qarşılaşmanın baş hakimindən kəskin narazılıq edib. O, hakimin "Barsaya kömək etdiyini vurğulayıb:

"Bu gün hakim rəqibimizə kömək etdi. Baxmayaraq ki, "Barsanın belə köməyə ehtiyacı yoxdu.

Biz pis oynamadıq. Bu yöndə komandama heç bir iradım yoxdu. Ancaq buraxdığımız bir-iki səhv bizə çox baha başa gəldi.

Bu oyunda nəyi dəyişmək istərdim? Ancaq hakimi dəyişərdim, başqa heç nə.