Antalyada orta məktəb müəllimi 13 yaşlı yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər edib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ingilis dili müəllimi N.D 7-ci sinifdə oxuyan B.M. adlı şagirdini məktəbin kitabxanasında qucaqlayaraq, öpüb.

İddiaya görə, müəllim şagirdinə xaricdə keçiriləcək kursa birlikdə getməyi, eyni otaqda qalmağı və bir yerdə duş qəbul etməyi təklif edib.

Yeniyetmə müəlliminin əxlaqsız təklifi barədə ailəsinə məlumat verib. Ailə bununla bağlı polisə şikayət edib. Şikayətdən sonra ingilis dili müəllimi saxlanılıb. Məhkəmə qarşısına çıxarılan N.D daha sonra həbs olunub.

Bildirilir ki, N.D bundan öncə də başqa bir şagirdinə qarşıda seksual xarakterli hərəkətlər edib.