Türkiyədə Eskişehir Osmanqazi Universitetinə bir müəllim silahlı hücum edib.Hadisə zamanı 4 akademik ölüb.

Unikal.org Hürriyet-ə istinadən xəbər verir ki, şübhəli polis tərəfindən saxlanılıb.

Məlumata görə, Təhsil Fakültəsinin bir araşdırmaçısı, dekan köməkçisi, fakültə katibi və müəllimi öldürülüb.

İstintaq gedir.

***

Eskişehir Osmanqazı Universitetinə edilən basqın zamanı 4 təhsil işçisi ölüb, daha 3 nəfər isə yaralanıb.

Dekan müavini Mikayıl Yalçın, fakültə katibi Fatih Özmutlu, araşdırma şöbəsinin işçisi Yasir Ərmağan və professor Sərdar Çağlak dünyasını dəyişib.

Hadisə yerindən qaçmaq istəyən Volkan adlı cinayətkar universitetin təhlükəsizlik xidmətinin işçiləri tərəfindən tutularaq polisə təhvil verilib.

Onun daha əvvəl sözügüdən təhsil ocağında çalışdığı, FETÖ üzvü olduğuna görə universitetdən ixrac edildiyi məlum ol