Gürcüstanın Azərbaycandakı səfirliyində dünən şaxtanın çökməsi nəticəsində insanların ölməsi ilə əlaqədar dövlət bayrağı endirilib.

Bu barədə unikal.org-a diplomatik nümayəndəliyin məlumatına əsasən xəbər verir.

Qeyd edək ki, aprelin 5-də Tkibuli şəhərində Mindeli şaxtası çöküb, nəticədə 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

Gürcüstan hökuməti şaxtaçıların ölümü ilə əlaqədar ölkədə matəm elan edilməsinə və bütün inzibati binalarda bayraqların aşağı salınmasına qərar verib.