Bir neçə gün əvvəl Bərdə Rayon Polis İdarəsinə oğurluq haqqında şikayət daxil olub.

Unikal.org xəbər verir ki, bu barədə Bərdə rayon Polis İdarəsindən məlumat verilib. 

Bildirilib ki, faktla bağlı təxirəsalınmaz operativ axtarış tədbirləri görülüb.

Araşdırma zamanı məlum olub ki, Əli Əliyevin (ad və soyad şərtidir - red.) mənzilindən dörd min manatdan çox pul oğurlanıb.

Oğrunun mənzil sahibinin oğlu olduğu aşkar edilib.

Daxili İşlər Nazirliyi Oxu.Az-a xəbəri təsdiqləyib və əlavə edib ki, şübhəli şəxs artıq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.