Xırdalan şəhər 22 nömrəli musiqi məktəbinin direktor müavini intihar edib.

Unikal.org xəbər verir ki, bu barədə Oxu.Az-a Abşeron Rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə cümə axşamı, aprelin 5-də baş verib. 1988-ci il təvəllüdlü Nərmin Ağalarova yaşadığı evin çardağında özünü asıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Qeyd edilir ki, Ağalarovanın iki azyaşlı övladı var.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.