Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir.

Qurumun mətbuat xidmətindən unikal.org-a bildirilib ki, 7 aprel saat 12:00-da "Hacı Qara (M.F.Axundzadə), saat 19:00-da "Molla Nəsrəddinin beş arvadı (İ.Sadıqov), 8 aprel saat 19:00-da xalq artisti, sevimli gülüş ustası Afaq Bəşirqızının iştirakıyla "Bankir adaxlı (E.Sabitoğlu, T. Vəliyeva) tamaşaları təqdim ediləcək.

Musiqili Teatr həmişə olduğu kimi, bu həftə rusdilli tamaşaçılarını da unutmayıb. Kollektiv 8 aprel saat 12:00-da rusdilli balaca teatrsevərlərin görüşünə "Bir dayan, canavar! (R.Ağayeva, A.Xayt, A.Kurlyanski) tamaşası ilə gələcək.

Həftəsonu nümayiş olunacaq tamaşalarda sevimli aktyorlar - xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, əməkdar artistlər Çingiz Əhmədov, Novruz Qartal, Əzizağa Əzizov, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Ülviyyə Əliyeva, Gülnarə Abdullayeva, Mehriban Zalıyeva, Nadejda Povelitsina, Gülnarə Əzizova, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Svetlana Bulax, Yulya Heydərova, Marina Litvinenko, Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Nicat Əli, Ağaxan Şərifov, Şaban Cəfərov, Gültac və Hüseyn Əlililər, Emil Heydərov, Elnarə Nağdəliyeva, Ruslan Mürsəlov, Elçin İmanov, Əmrah Dadaşov, Fərid Rzayev, Eleanora Mehdiyeva və başqaları iştirak edirlər.

Asudə vaxtlarını xoş ovqatla və yaddaqalan keçirmək istəyənlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət mərkəzlərindən əldə edə bilərlər