Aprelin 6-da Nardarandan 15 kilometr şərqdə, Xəzər dənizində 3,1 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 18:41:07-də qeydə alınıb.

Ocağı 50 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.