Türkiyə-İraq sərhədində kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində 2 hərbçi şəhid olub, biri yaralanıb.

Unikal.org "Haberturk"ə istinadən xəbər verir ki, hadisə Türkiyə təhlükəsizlik qüvvələrinin Hakkari şəhərinin Çukurca qəsəbəsindəki Şentepe bölgəsində əməliyyat-axtarış tədbirləri həyata keçirdiyi zaman baş verib.

Bölgədə terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyat başlayıb.