UEFA İntizam Komitəsi İspaniyanın"Barselona" klubuna qarşı intizam işi açıb.

Unikal.org-un məlumatına görə, buna səbəb klub azarkeşlərinin stadiona bəzi əşyalar atmasıdır.

Hadisə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında evdə "Roma"nı 4:1 hesabı ilə məğlub etdikləri oyunda baş verib.

Qeyd edək ki, UEFA İngiltərənin "Liverpul" klubuna qarşı da intizam işi açıb. Hər iki məsələyə mayın 31-i baxılacaq.