Türkiyədə PKK terror təşkilatının əsas liderlərindən hesab olunan cani məhv edilib.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu gün keçirilən antiterror əməliyyatı zamanı "Demhat Cilo" ləqəbli terrorçu Eyub Çəlik daxil olmaqla iki PKK yaraqlısı zərərsizləşdirilib.

Qeyd edək ki, dəfələrlə Türkiyə hərbçilərinə qarşı xain hücumlar təşkil edən "Demhat Cilo"un ələ keçirilməsi üçün başına bir milyon lirə qoyulmuşdu.