Ağcabədidə intihar hadisəsi qeydə alınıb.

Unikal.org-un  apa-ya istinadən xəbərinə görə, hadisə rayonun Hindarx kəndində qeydə alınıb.

Kənd sakini, 80 yaşlı Orucov Əvəz Allahverdi oğlu siçan dərmanı içərək intihar edib. Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ə.Orucovun psixoloji problemi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 ***

Xəbər verdiyimiz kimi Ağcabədidə 80 yaşlı Orucov Əvəz Allahverdi oğlu ürək tutmasından dünyasını dəyişib.

Bu barədə Unikal.org-a mərhumun yaxınları məlumat veriblər. Bildirilib ki, Ə.Orucov ürək tutmasından vəfat edib.