Şəmkirdə 64 yaşlı kişini qatar vuraraq öldürüb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisindən keçən dəmir yol xəttində baş verib.

Kənd sakini, 1954-cü il təvəllüdlü Seyidməmməd Heydərov dəmir yol xəttinə yaxın hərəkət edərkən yük qatarı onu vurub. S. Heydərov hadisə yerində ölüb.

Məlumata görə, 64 yaşlı kişi lal və kar olduğundan qatarın siqnalını eşitməyib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.