Türkiyənin Muğla şəhərinin Yatağan bölgəsində yerləşən idman  klublarının birində dəhşətli hadisə baş verib. Belə ki, klubun əməkdaşı M.A adlı şəxs azyaşlılardan ibarət komandanın 12 yaşlı futbolçusuna əllə və sözlə təcavüz edib. 

Unikal.org Türkiyə mətbuatına istinadən bildirir ki, bölgənin həvəskarlar ligası futbol klublarından olan "Yatağanspor" klubunun 55 yaşlı işçisi futbolçunu bazadakı otağına çağırıb. Bir müddət sonra 12 yaşlı oğlanın otaqdan qaçaraq uzaqlaşıb. Bu uşağın qaçdığını görən mühafizəçi şübhələnib. Azyaşlı futbolçunun arxasınca gedib, uşaqla danışan M.S adlı mühafizəçi polisə xəbər verib. Hadisə yerinə gələn polis uşağa təcavüz etdiyi iddia edilən M.A. adlı şəxsi həbs ediblər. Polis araşdırmasından sonra saxlanılan şəxs məhkəmənin qərarı ilə həbs edilib.