"ABŞ öz dəyərlərinə və terrorçuların ana hədəflərindən olan Türkiyə ilə 66 illik müttəfiqliyinə rəğmən, terrorçularla ittifaq qurur, bütün tənqidçilər və müxaliflərin çörəyinə yağ sürtür. 

Unikal.org xəbər verir ki, bu ifadələr Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Amerikanın "Xarici Siyasət (Foreign Policy) dərgisi üçün yazdığı "Zeytun budağı hərəkatının mənası başlıqlı məqaləsində qeyd edilib.

Çavuşoğlunun yazdığına görə, ABŞ ilə Türkiyənin uzlaşmama səbəblərindən biri də  Vaşinqton hökumətinin PKK-PYG-ni fərdi şəkildə silahlandırma siyasətidir:

"Orta Şərqdəki gərgin mənzərə sülhün yaxında olduğu gerçəyini kölgə altına alır. Sülhün təmin edilməsinin əsas təməli isə dövlətlərin ərazi bütövlüyünün qorunmasının vacibliyidir. Bu isə başqalarını fəda etmək bahasına və xarici qüvvələrin dəstəyilə yalnız xülyalarını davam etdirmək çərçivəsində var olan İŞİD, PKK/YPG terrorçuları da daxil olmaqla, bütün qüvvələrə qarşı çıxmaq deməkdir. Bu təşkilatların bitmək bilməyən qətliamlarına qarşı çıxılmalı və bu düşüncə məhv  edilməlidir.

Nazir bildirib ki, ABŞ-ın terrorçuları silahlandırma siyasəti hələ Barak Obamanın prezidentliyi dövründə də var idi  və davam edir:

""Zeytun budağı hərəkatını kölgələ altına salmaq üçün böyük bir kampaniya başladılıb. Biz bunun fərqindəyik. 

Böhtanlarla qarşılaşmadığımız tək bir gün belə olmadı. İşin əsli, dinc sakinlərə zərər dəyməməsi üçün böyük diqqət göstərdik. Bu baxımdan "Zeytun budağı dünyanın gördüyü ən uğurlu hərəkatlardan biridir. YPG-li terrorçular Türkiyə ordusunun irəliləməsinə mane olmaq məqsədilə səfərbər olduğuna görə hərəkatımızın İŞİD terror təşkilatına qarşı yürüdülən mübarizəni məzhəb mübarizəsinə çevirdiyini iddia etdilər. YPG-nin bu seçimi onlara güvənmək strategiyasının axmaqlıq olduğunu ortaya qoydu. Ancaq sizi əmin edə bilərəm ki, Türkiyə İŞİD-in yenidən meydan çıxmasına icazə verməyəcək və bu yolda ABŞ-la belə əməkdaşlıq edəcək.