Gəncə şəhərində oğurluq hadisəsi baş verib.

Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, şəhərin Kəpəz rayonu ərazisində 2 mağazadan pul, ərzaq məhsulları və danışıq kartları oğurlanıb.

Mağaza sahibləri oğurluq hadisələri barədə Kəpəz rayon Polis İdarəsinə müraciət edib.

Polis əməliyyatı nəticəsində hər iki mağazadan oğurluq edən şəxsin Lerik rayon sakini bir yeniyetmə olduğu məlum olub.

Adı açıqlanmaya yeniyetmə yaşadığı Lerik rayonunda evdən çıxıb və Gəncə şəhərinə gəlib.

Gəncədə yaşamağa başlayan yeniyetmə oğurluq etməyə başlayıb.

İstintaqa ifadəsində şübhəli şəxs törətdiyi cinayətləri etiraf edib. O bildirib ki, mağazadan oğurladığı ərzaqları qida kimi istifadə edib.

Danışıq kartlarını telefonunda istifadə etdiyini, pulu isə əyləncə yerlərində xərclədiyini deyib. Faktla bağlı cinayət işi başlanıb.