Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, rayonun Kür qəsəbəsinə gedən yolda VAZ-2107 və LADA markalı avtomobillər toqquşub.

Nəticədə iki qadın sərnişin xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.