Ağstafada evində təmir apararkən yıxılaraq xəsarət aldığı bildirilən rayon sakini Elton Rzayevin bıçaqlandığı məlum olub.

Unikal.org "Report"a istinadən, hadisəni törətməkdə şübhəli bilinən rayonun Poylu kənd sakini, 1994-cü il təvəllüdlü Elçin Musayev saxlanılıb.

Məlum olub ki, Elton Rzayevin Elçin Musayevə 5 manat pul borcu olub. Onlar arasında borc üstündə mübahisə baş verib. Mübahisə sonda davaya çevrilib və E.Musayev həmyerlisini bıçaqlayıb.