"Sumqayıt" futbol klubunda növbəti təyinat olub.

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, Zamiq Hüseynov sumqayıtlıların idman direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Z.Hüseynov 2008-2018-ci illər ərzində Peşəkar Futbol Liqasında çalışıb. O, qurumun Texniki İdman Şöbəsinin rəisi işləyib.